Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sonra dövlət başçısı əraziyə baxıb.
Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizlənib.