logo

Lerikdə 3,6 ballıq zəlzələ olub

09:19 15-10-2023 | icon 1288
Lerikdə 3,6 ballıq zəlzələ olub

Oktyabrın 15-də yerli vaxtla saat 06:01-də Lerik rayonunda 3,6 maqnitudada zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, zəlzələ ocağının dərinliyi 16 kilometr olub.

Qeyd edək ki, oktyabrın 12-də yerli vaxtla 19:54-də Lənkəran stansiyasından 12 kilometr şimalda maqnitudası 3.2 olan zəlzələ baş verib.