Oktyabrın 14-də növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb.
YeniAvropa xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən bu gün Füzuli şəhərinə daha 28 ailə -117 nəfər köçürülüb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib