Şuşada TÜRKSOY Daimi Şurasının 40-cı iclası keçirilib
Oktyabrın 13-də Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçirilib.
YeniAvropa xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib.
İclasda çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın əhəmiyyətindən danışıb. İclasda müzakirə olunacaq məsələlərin çox olduğunu bildirən nazir iştirakçıları qərarların qəbul edilməsində fəal olmağa çağırıb.
TÜRKSOY-un baş katibi Sultan Raev builki iclasın əhəmiyyətli bir ilə təsadüf etdiyini bildirib. Deyib ki, bu il ürkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və TÜRKSOY-un isə 30 illik yubileyləridir.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev iclasın mühüm qərarlarla yadda qalacağını bildirib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bununla bağlı tədbirlər haqqında prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, bu il Şuşada müxtəlif tədbirlər həyata keçirilib.
Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev Şuşada olmasından məmnunluğunu qeyd edib, iclasda alınacaq qərarların ölkələrimizin gələcək əməkdaşlığına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahodir Axmedov son illər Türk dünyasının müxtəlif əhəmiyyətli layihələrə imza atdığını bildirib. Qeyd edib ki, bu layihələr xalqımızın birliyini daha da gücləndirəcək.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşməndən azad edilmiş Şuşada belə bir iclasın keçirilməsinin təqdirəlayiq olduğunu söyləyib. O, iki il əvvəl Şuşaya səfər etdiyini, bu müddətdə şəhərin çox gözəlləşdiyini vurğulayıb.
Şimali Kipr Türk Respublikası baş nazirinin müavini – turizm, mədəniyyət, yaşayış və ətraf mühit naziri Fikri Ataoğlu Türk dünyasının bir araya gəlməsi adına TÜRKSOY-un missiyasını yüksək qiymətləndirib, Şimali Kiprin Türk dünyasının bir parçası olmasından qürur duyduqlarını deyib.
Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və başqalarının çıxışları dinlənilib.
İclas daha sonra qapalı formatda işini davam etdirib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır