Oktyabrın 13-də saat 12:30 radələrində Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cı il təvəllüdlü Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində olub.
Faktla bağlı araşdırma aparılır.