Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
Prezident İlham Əliyev iclasda iştirak edir.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qırğız Respublikasının prezidenti Sadır Japarov Azərbaycan prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.
İclasda iştirak edən dövlət başçıları birgə foto çəkdiriblər.
Xəbər yenilənəcək.