Oktyabrın 13-də növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb.
YeniAvropa xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən bu gün Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 230 ailənin, yəni, 811 nəfərin daimi məskunlaşması təmin ediləcək.