Bakıda Türkmənistanın Müstəqillik Günü qeyd edilib
Oktyabrın 12-də Bakıda Türkmənistanın müstəqilliyinin 32-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.
YeniAvropa xəbər verir ki, Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov iki ölkə rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşdiyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərdən danışan diplomat bu münasibətlərin daha da dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun böyük xidmətləri olduğunu vurğulayıb.
Müstəqilliyini qazandıqdan sonra ölkəsinin inkişaf tarixindən söz açan səfir Mərkəzi Asiya və Avropanın kəsişməsində yerləşən Türkmənistanın bütün sahələrdə uğurları ilə regionda və dünyada nüfuzunu artırdığını bildirib.
Ölkələrimiz arasındakı dostluq münasibətlərini və strateji tərəfdaşlıq əlaqələrinə diqqət çəkən Q.Elyasov deyib: “Azərbaycan və Türkmənistan regionda əsas nəqliyyat qovşaqlarındandır. Ölkələrimiz təkcə siyasi və beynəlxalq müstəvidə deyil, bütün sahələrdə faydalı əməkdaşlıq edirlər. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Biz regional layihələrdə də birgə fəaliyyət göstəririk. Türkmənistan-Azərbaycan dostluğu, qardaşlığı bundan sonra daha da möhkəmlənəcək”.
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Türkmənistan və Azərbaycanı ortaq tarix, dil, din və adət-ənənələr birləşdirir. Etnik, dərin tarixi köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlığa əsaslanır.
Ölkələrimizin sülh və sabitliyin tərəfdarı olduqlarını vurğulayan nazir əməkdaşlıq əlaqələrinin dərinləşməkdə olduğunu qeyd edib. Vurğulayıb ki, bunda hər iki ölkə rəhbərinin qarşılıqlı səfərləri, qarşılıqlı etimad böyük rol oynayır.
Sahil Babayev Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin 3 dəfəyə yaxın artdığını diqqətə çatdırıb. Deyib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bir-birini dəstəkləyir.
Qardaş Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərdən danışıb və əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini deyib.
Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov ölkəsinin müstəqilliyinin 32-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib.
Azərbaycanın Zəfərini bütün türk dövlətləri kimi, Türkmənistanı çox sevindirdiyini deyən A.Şahmuradov Şuşanın TÜRKSOY-un mədəniyyət paytaxtı seçilməsinin önəmini vurğulayıb.
Nazir ölkələrimiz arasında əlaqələrin daha da dərinləşəcəyinə əminliyini ifadə edib.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır