Oktyabrın 12-də yerli vaxtla 19:54-də Lənkəran stansiyasından 12 kilometr şimalda maqnitudası 3.2 olan zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, zəlzələ ocağının dərinliyi 9 kilometr olub. Zəlzələ 3 bala qədər hiss edilib.