Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hər iki hərbi gəmisi oktyabrın 12-də Bakı limanını tərk edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, səfər müddətində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib, həmçinin hərbi dənizçilərin kəndir dartma və futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Xatırladaq ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi oktyabrın 10-da qeyri-rəsmi səfəri ilə Bakıya gəlmişdi.