Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
Oktyabrın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, iclasda Azərbaycan və MDB ölkələri arasında müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, kommunikasiya, bağlantılar, humanitar, təhsil, idman və digər istiqamətlər üzrə faydalı əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib.
Təşkilat ilə əməkdaşlıq şəraitində həyata keçirilən birgə tədbirlərin əməkdaşlığa və əlaqələrin inkişafına töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcək ikinci ən böyük şəhərimiz Gəncədə sözügedən idman tədbirinin həyata keçirilməsi üçün görülən işlərdən bəhs edib. Eyni zamanda, 2025-ci ilin İkinci Dünya müharibəsi zamanı faşizm üzərində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi ilə əlamətdar olduğu, bu xüsusda qələbənin qazanılmasına böyük töhfələr vermiş Azərbaycanın həyata keçiriləcək tədbirlərlə bağlı planının qəbul olunmasını dəstəklədiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edərək, bu xüsusda MDB çərçivəsində mütəmadi təşkil olunan siyasi məsləhətləşmələrin vacib rolundan bəhs edib, növbəti il ərzində də qəbul olunmuş məsləhətləşmələr planının münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə dair inamını ifadə edib.
MDB ölkələrinin coğrafi mövqeyi baxımından yerləşməsinin nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş imkanlar yaratdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və kommunikasiyaların inkişafı istiqamətində təşəbbüsləri, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verən Bakı-Tbilisi-Qars dəmir yolunun təkmilləşdirilməsi məqsədilə görülən işlər, Ələt Azad İqtisadi Zonasının, o cümlədən Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması, investorlar üçün yaradılan imkanlar barədə tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.
Son dövrlərdə ölkəmiz ilə Mərkəzi Asiya dövlətləri arasında artan təmasları məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ay Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvətinin inkişaf edən münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirin yekunlarına dair sənədlər qəbul edilib.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır