Ceyhun Bayramov Pakistanın xarici işlər nazirini qəbul edib
Oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və hörmətə əsaslanan strateji ikitərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparıb.
İki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bütün istiqamətlərdə, o cümlədən parlament diplomatiyası istiqamətində ali və yüksək səviyyəli səfərlərin, o cümlədən təmasların əhəmiyyəti vurğulanıb.
Həmçinin Azərbaycan və Pakistan arasında iqtisadiyyat, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın geniş potensialının olduğu diqqətə çatdırılıb.
Görüşdə nazir Ceyhun Bayramov həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması məqsədilə həyata keçirdiyi antiterror tədbirləri barədə məlumatlandırıb.
Pakistanlı nazir İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının növbəti iclasının Azərbaycanın Şuşa şəhərində yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiyini vurğulayıb.
Bu kontekstdə, Ermənistanın 30 illik işğalı dövründə, habelə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərilən dəstək yüksək qiymətləndirilib.
Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır