XİN Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi iddialara cavab verib
Oktyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan “Birinci kanal”a müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi bir sıra iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini açıq-aşkar göstərir.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilir.
Açıqlamada, həmçinin qeyd olunur: “Azərbaycanın guya “Avropa Siyasi Birliyi”nin Qranada görüşündə iştirakdan imtina etməsinin səbəbinin ölkəmizin sülhə hər vəchlə mane olması kimi qələmə verən Ermənistan tərəfinə ötən ilin dekabrından etibarən Ermənistanın heç bir səbəb olmadan müxtəlif platformalarda iştirakdan yayındığı faktlarını xatırlatmaq istərdik. Ermənistandan fərqli olaraq, Azərbaycan Ermənistanın uzun müddət heç bir rəy vermədiyi sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olduğu, bütün platformalarda hər bir vasitəçinin səylərinə daim hörmətlə yanaşdığı hər kəsə məlumdur”.
Vurğulanır ki, sentyabrın 20-də ölkəmizin ərazisindən erməni silahlı qüvvələrinin və Ermənistanın yaratdığı separatçı rejimin qalıqlarını təmizlədikdən sonra bölgədə sülh üçün böyük imkanlar yarandığını dəfələrlə bəyan edən Azərbaycan, eyni zamanda, Ermənistanın ölkəmizə və digər qonşularına qarşı ərazi iddialarından və müdaxilədən çəkinəcəyini gözləyir. Bununla yanaşı, Qranada görüşündə imzaladığı sənəddə müstəqillik, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi və güclə hədələməmək kimi prinsiplərə istinad edən baş nazir Nikol Paşinyan unudur ki, təmsil etdiyi Ermənistanın 30 ildən artıq müddətdə, onun isə hakimiyyətdə olduğu son 5 il ərzində, həm 44 günlük Vətən müharibəsindən əvvəl, həm də postmünaqişə dövründə sözügedən prinsipləri bütün səyləri ilə pozduğu heç kəsə sirr deyil. Ermənistandan fərqli olaraq, Azərbaycanın prinsipləri heç zaman təhrif etmədiyi məlumdur.
Diqqətə çatdırılır ki, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili, bu istiqamətdə təhlükəsizliyə zəmanət verilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi kimi sahələrdə üçtərəfli Bəyanat çərçivəsində öhdəliklərini son üç il ərzində yerinə yetirməyən Ermənistan tərəfi göstərdiyi qeyri-konstruktiv mövqe ilə növbəti dəfə özünütəcrid siyasəti ilə yadda qalacağı qaçılmazdır. Azərbaycanın İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə əldə olunmuş razılaşma bir daha göstərir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan daim alternativ yollardan istifadə edərək bölgədə nəqliyyat dəhlizlərinin inkişafına müsbət töhfə verməkdədir.
“Ərazi bütövlüyünə hörmətin və delimitasiyanın hər hansı bir kvadratkilometr ilə ölçülməsi və ya hər iki tərəfdən indiyə qədər təsdiq olunmamış xəritə əsasında müəyyən edilməsi təcrübəsinin mövcud olmadığı bir şəraitdə Ermənistan baş nazirinin yenidən bu məsələlərə istinad etməsi təəccüblüdür. Keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığını, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur. Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bu günədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır”, - deyə açıqlamada bildirilir.
Eyni zamanda, qeyd olunur ki, Ermənistanın ölkəmizin 8 kəndini işğal altında saxlaması məsələsinə bəraət qazandırmaq məqsədilə guya Azərbaycanın hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi iddialarını səsləndirməsi tamamilə yalandır. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, eləcə də beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın 8 kəndini işğal edib, oradakı əhaliyə qarşı kütləvi qırğınlar törədib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranan bir dövrdə Ermənistanın baş nazirinin sülh prosesində növbəti dəfə şərtlər irəli sürməsi bu ölkənin tarixdən dərs çıxarmadığını nümayiş etdirir.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır