Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu və Sarıbaş kəndlərində qışın gəlişi getdikcə özünü hiss etdirir. Havanın temperaturu xeyli aşağı düşüb.
YeniAvropa xəbər verir ki, oktyabrın 11-də gecə saatlarında rayonun İlisu və Sarıbaş kəndlərində dağlara qar yağıb.
Hazırda bu kəndlərdə, eləcə də rayonun digər dağlıq ərazilərində tempratur aşağı düşsə də, günəşli hava şəraiti hökm sürür.