logo

Ruisya və İran “3+3” formatını bərpa etməyə çalışır?

23:13 10-10-2023 | icon 1141
Ruisya və İran “3+3” formatını bərpa etməyə çalışır?

Oktyabrın 10-da Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Əmir Abdullahiyan arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon söhbətində Ruisya və İran xarici işlər nazirləri “3+3” məşvərətçi bölgə əməkdaşlığı platforması çərçivəsində fəliyyətin bərpa olunması məsələsini müzakirə ediblər.

Tərəflər Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi, eləcə də Cənubi Qafqazda vəziyyət və “3+3” məşvərətçi bölgə əməkdaşlığı platforması (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya + İran + Türkiyə) çərçivəsində fəaliyyətin tezliklə bərpa olunması məsələlərini müzakirə ediblər.

Qeyd ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev irəli sürüb. Platforma, ilk növbədə, özündə region ölkələri arasındakı nəqliyyat-kommunikasiya xətlərinin açılması və gələcək əməkdaşlıqlar üçün zəmin yaratmağı ehtiva edir.

Xatırladaq ki, sözügedən formatda ilk görüş 2021-ci ilin dekabrın 10-da  Moskvada keçirilsə də, Gürcüstan toplantıya qatılmayıb və məsləhətləşmələrdə dövlət bayrağının istifadə edilməsini qəbuledilməz hesab edib.

Moskva "3+3" formatında növbəti görüşün keçirilməsinə dəfələrlə cəhdlər etsə də, bu, alınmayıb.