Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşməsi şərtlərində ciddi dəyişikliklər edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O deyib: “Rusiya sülhməramlı kontingentinin regionda yerləşməsi şərtlərində ciddi dəyişikliklər edilib, sülhməramlıların fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”.
M.Zaxarova xatırladıb ki, hazırda Rusiya sülhməramlılarının bir neçə stasionar və müvəqqəti müşahidə postları bağlanılıb. O əlavə edib: “Bizim sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur. Rusiya, Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunun keçirilməsi imkanları və tarixi barədə mütləq məlumat verəcəyik”.