Prezident İlham Əliyev oktyabrın 10-da Azərbaycan Respublikasının Hindistan və Efiopiya respublikalarında fövqəladə və səlahiyyətli səfirlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezidentin imzaladığı birinci sərəncamla Elçin Nəriman oğlu Hüseynli Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin imzaladığı digər bir sərəncamla isə Ruslan Rafael oğlu Nəsibov Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.