Ermənistanın baş naziri Nikol Paşinyanın silahdaşı, “Vətəndaş sazişi” partiyasının idarə heyətinin üzvü Tiqran Avinyan İrəvanın meri seçilib.
YeniAvropa Ermənistan mediasına istinadla xəbər verir ki, mer seçkisi yeni seçilmiş Ağsaqqallar Şurasının (şəhər şurasının) ilk iclasında baş tutub. Avinyanın namizədliyinin lehinə 32, əleyhinə isə 5 səs verilib.
Tiqran Avinyan İrəvan meri postuna yeganə namizəd olub.
Xatırladaq ki, İrəvan şəhər şurasına sentyabrın 17-də keçirilmiş seçkilərin nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın partiyası 24, keçmiş mer Hayk Marutyanın partiyası 14, “Ana Ermənistan” bloku 12, keçmiş baş nazir Aram Sarkisyanın “Respublika” partiyası 8, "İctimai səs" partiyası 7 mandat almışdı.