Hazırda Brüssel öz siyasi ambisiyaları fonunda Azərbaycan və Ermənistana “vasitəçilik xidmətləri” üzrə şərtlərini diktə edir və Vaşinqtonla birlikdə Cənubi Qafqaza qeyri-sabitlik gətirir.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 10-da dərc olunmuş “BMT Nizamnaməsinin prinsiplərinə onların bütün məcmusu və qarşılıqlı əlaqələri ilə əməl edilməsi beynəlxalq sülhün və sabitliyin rəhnidir” adlı məqaləsində yazıb.
“İrəvan və Bakı rəhbərlərinin öz aralarında iki ölkənin suverenliyinin qarşılıqlı olaraq tanınması məsələsinin nizamlandığı bir şəraitdə dinc həyat qurulmasının, etimadın möhkəmləndirilməsinin vaxtı gəlib çatıb. Rusiyanın sülhməramlı kontingenti bu prosesə hər cür dəstək verməyə hazırdır”,-deyə Sergey Lavrov məqalədə qeyd edib.