Oktyabrın 10-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə yola salınıb.
YeniAvropa xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb.
Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Beləliklə, Füzuli şəhərində 165 ailənin, yəni, 602 nəfərin daimi məskunlaşması təmin edilib.