logo

Azərbaycan Ayda elmi stansiya tikintisi üzrə Rusiya-Çin layihəsinə qoşulub

23:13 09-10-2023 | icon 1729
Azərbaycan Ayda elmi stansiya tikintisi üzrə Rusiya-Çin layihəsinə qoşulub

Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyasının (BKS) tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub.

YeniAvropa xəbər verir ki, bu barədə CGTN telekanalı Çin Milli Kosmik Administrasiyasının (CNSA) bəyanatında bildirilib.

Qeyd olunub ki, oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) Çin və Azərbaycanın kosmik agentlikləri MNLS layihəsi üzrə əməkdaşlıq sazişi imzalayıblar. Hər iki tərəf “elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqramın həyata keçirilməsi üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Bu günə kimi proqrama Azərbaycandan əlavə, Pakistan, BƏƏ, CAR, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin Nano-SPACE şirkəti də qoşulub.

CGTN-nin məlumatına görə, Ay stansiyasının əsas modeli 2028-ci ilə qədər tamamlanacaq və Ay səthinin tədqiqi, missiyanın əsas sistem və avadanlıqlarının sınaqdan keçirilməsi üçün istifadə olunacaq. 2040-cı ilə qədər alimlər Günəş, Ay və Yerin təbiəti ilə bağlı yeni kəşflər etdikdə stansiyanın daha da təkmilləşdirilməsi planlaşdırılır. Mümkün təkmilləşdirmələrə gələcəkdə insanın Aya enişi və dərin kosmos kəşfiyyatı missiyaları üçün süni peyklər bürcünün yaradılması da daxildir.