Prezident İlham Əliyev oktyabrın 9-da “Siyəzən rayonunun Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncama əsasən, min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon manat ayrılıb.