logo

Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrə çatıb

16:16 09-10-2023 | icon 1176
Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 14:00-a olan məlumatına əsasən şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib.

Xidmətdən YeniAvropa-ya  verilən məlumata görə, küləyin maksimal sürəti arabir saniyədə Daşkəsəndə 28, Qobustanda 24, Gədəbəydə 16, Bakıda və Abşeron yarımadasında isə 22 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrə çatıb.