Zakir Həsənov xidməti müşavirə keçirib
Oktyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar müdafiə naziri tərəfindən müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, dövlət başçısının çıxışlarından irəli gələn mühüm məsələlərin icrasında Ordumuzun üzərinə düşən bütün vəzifələr vaxtında yerinə yetirilməlidir.
Ordumuzun daha da gücləndirilməsi ölkəmizin prioritet məsələlərindən biri olan təhlükəsizliyin təmin edilməsində vacib amillərdən biri olduğu qeyd olunub.
Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib. Hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelektron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib.
Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqamətinə dair qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi və müvafiq planların yenilənməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.
Müşavirədə, həmçinin qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının əhəmiyyəti qeyd edilib.
Azərbaycan Ordusunda keçirilən döyüş hazırlığı tədbirlərində yüksək texnologiya və xüsusi hazırlıqlı heyətin imkanlarından səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin ölkəmizdə keçirilən “Xəzri-2023”, “Eternity-2023” birgə təlimlərində və Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat bölüyünün 2-ci səviyyəli yenidən qiymətləndirilməsində əldə edilən yüksək nəticələr qeyd olunub.
Qış dövrü ərzində bölmələrin döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri, eləcə də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı qoşun növü komandanlarına müvafiq tapşırıqlar verilib.
General-polkovnik Z.Həsənov hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı vəzifəli şəxslərə aidiyyəti üzrə göstərişlər verib.
Nazir döyüş hazırlığı və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçuların mükafatlandırılması, o cümlədən gənc əsgərlərin adaptasiya prosesinə və digər şəxsi heyətə həssaslıqla yanaşılmasının əhəmiyyətini qeyd edib.
Müdafiə naziri Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və əldəqayırma partladıcı vasitələrin müsadirə edilməsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verib.
Sonda hərbi qulluqçuların, onların ailə üzvlərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması və qayğılarının həlli istiqamətində görülən tədbirlərlə bağlı məruzələr dinlənilib, ətraflı müzakirələr aparılıb.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır