Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyasının Qarabağa növbəti səfəri başlayıb.
YeniAvropa xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdam-Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.