Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib.
YeniAvropa xəbər verir ki, başsağlığında deyilir: "Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndirdi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".