logo

Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb-İlham Əliyev

14:44 08-10-2023 | icon 1120
Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb-İlham Əliyev

Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan dövlət başçısı bildirib: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır”.