logo

Ərdoğan yenidən AKP-nin sədri seçilib

17:17 07-10-2023 | icon 2002
Ərdoğan yenidən AKP-nin sədri seçilib

Oktyabrın 7-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) növbədənkənar Böyük Qurultayı keçirilib.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, qurultayda partiya sədrliyinə seçkilər baş tutub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1399 etibarlı səslə yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilib.

Partiyanın 75 nəfərdən ibarət Mərkəzi Qərar və İdarə Heyəti də eyni səsvermə ilə müəyyənləşib.