logo

Avropa Parlamentinin qərarı ikili standartlardan xəbər verir-Sahibə Qafarova

12:12 06-10-2023 | icon 1260
Avropa Parlamentinin qərarı ikili standartlardan xəbər verir-Sahibə Qafarova

"Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası üçün görülən tədbirlərin görməzliyə vurulması ikili standartlardan xəbər verir. Avropa Parlamentində belə qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, bəzi qüvvələr münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmir".

YeniAvropa xəbər verir ki, bu fikri parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova səsləndirib. 

"Sözügedən sənəd, əsasən, fransalı deputatların təşəbbüsü ilə hazırlanıb, bu da heç təsadüfi deyil. Fransa bu gün bütün dəyərləri kənara qoyub. Azərbaycanın uğurlarlnı həzm edə bilməyən qüvvələr bilsin ki, bütün cəhdləri əbəsdir. Haqq, ədalət Azərbaycanın yanındadır. Uzaqda yerləşən erməni cəfakeşləri bilsin ki, nə qədər bölgədən uzaq dursalar, bölgəmiz o qədər rahat nəfəs alacaq",-deyə spiker vurğulayıb.