Fransanın Azərbaycanla təzyiq dilində danışması qəbuledilməzdir-XİN
Fransa Respublikasının prezidenti Emmanuel Makronun oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa prezidentinin mətbuat konfransında səsləndirdiyi iddialara dair şərhində qeyd edilib.
Şərhdə bildirilib: “Fransa Prezidentinin Qranadada Azərbaycanın və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir. Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır.
Tarixdə özünün soyqırımı siyasəti ilə yadda qalan, Avropa İttifaqına üzv ölkələr arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığı, multikultural və multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keçməyə cəhd etməsi qəbuledilməzdir.
Ədalətli vasitəçilikdən danışan Fransanın 23 ilə yaxın dönəmdə necə vasitəçilik etdiyi hər kəsə məlumdur. Eynilə, azərbaycanlıların yaşadığı kütləvi qırğınlara, onlara qarşı zor tətbiq edilərək düşdükləri məcburi köçkün və qaçqın həyatına, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin gözardı edilməsinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, Ermənistanın öhdəliklərinə zidd olaraq Azərbaycandan erməni silahlı qüvvələrini çıxarmamasına, davam etdikləri hərbi-siyasi təxribatlara heç bir əhəmiyyət verməyən Fransanın bitərəf və neytral vasitəçi olduğunu iddia etməsi bu ölkənin niyyətindən xəbər verir”.
Nazirliyin şərhində qeyd olunub ki, 30 il müddətində Azərbaycan ərazilərinin 20 faizə yaxın hissəsinin Ermənistan tərəfindən işğalına, hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına göz yuman Fransanın Azərbaycanı Ermənistan ərazilərinin 150 kvadratkilometrlik hissəsinin işğalında təqsirləndirməsi gülüncdür. Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və delimitasiya olunmamış sərhəddə Azərbaycanın qüvvələrinin yerləşdiyi ərazilərin Ermənistana məxsus olduğunun iddia edilməsi heç bir məntiqə sığmır.
“Azərbaycan tərəfinin öz ərazilərini həm diplomatik, həm də hərbi yolla işğaldan azad etmək kimi BMT xartiyası və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim hüququ hər zaman mövcud olub. Məhz Fransa tərəfinin də cəlb olunduğu vasitəçilik səylərinin heç bir nəticə verməməsi, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməsinə gətirib çıxardı.
Eynilə, antiterror tədbirlərinə qədər Azərbaycanın suveren ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrinin və qondarma rejimin ləğv edilməsinin zəruri olduğu Azərbaycan tərəfindən bütün danışıqlar prosesində dəfələrlə vurğulanırdı. Bununla əlaqədar Fransa Prezidentinin guya Azərbaycanın qeyri-qanuni separatçı rejimə qarşı güc tətbiq etməyəcəyi barədə söz verməsi iddialarının heç bir əsası yoxdur. Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı.
Azərbaycana təzyiq edilməsinə çağıran Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı.
Azərbaycan erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və ölkəmiz hər zaman olduğu kimi, Ermənistanla qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə hörmət əsasında bölgəmizdə sülh quruculuğunda ən maraqlı tərəfdir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində xüsusi vurğulanıb.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır