Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, iclasda Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul ediləcək.
Bu məsələ parlamentin plenar iclasının gündəliyinə salınıb.
Xatırladaq ki, oktyabrın 5-də Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.