logo

Serbiyanın parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

09:09 06-10-2023 | icon 1302
Serbiyanın parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliç oktyabrın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya Milli Assambleyasının sədrini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç və digər rəsmi şəxslər qarşılayıblar.