logo

Hikmət Hacıyev Qranada görüşündən imtinanın səbəbini açıqlayıb

15:55 05-10-2023 | icon 2233
Hikmət Hacıyev Qranada görüşündən imtinanın səbəbini açıqlayıb

"Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil".

YeniAvropa xəbər verir ki, bu fikirlər Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabındakı paylaşımda yer alıb.

“Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil”, - paylaşımda qeyd olunub.

0-9