Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məşqlərdə terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları keçirilən məşqlərdə verilən tapşırıqların icra olunmasında yüksək peşəkarlıq nümayiş etdiriblər.