İlham Əliyev Səudiyyə Ərəbistanının yeni səfirini qəbul edib
Prezident İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlət başçısı səfirlə söhbət edib.
Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərləri ilə arasında dostluq münasibətlərinin olduğunu qeyd edən prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırlayıb. Dövlət başçısı bütün dövrlərdə - həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirib. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd edib.
İqtisadi əməkdaşlığa toxunan dövlət başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb. Dövlət başçısı bütün digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu deyib.
Səfir İssam bin Saleh əl-Cuteyli, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İki Müqəddəs Ocağın Xadiminə və Vəliəhdə çatdırmağı xahiş edib.
Ölkəmizə səfir təyin olunmasından böyük şərəf hissi duyduğunu deyən İssam bin Saleh əl-Cuteyli Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret təlimatlar aldığını bildirib.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır