logo

İstanbulda Qarabağla bağlı ABŞ-Avropa İttifaqı-Rusiya görüşü keçirilib

14:31 04-10-2023 | icon 1260
İstanbulda Qarabağla bağlı ABŞ-Avropa İttifaqı-Rusiya görüşü keçirilib

RF Xarici İşlər Nazirliyi İstanbulda ABŞ, Avropa İttifaqı və Rusiyanın yüksəkvəzifəli şəxslərinin Qarabağda vəziyyətlə bağlı görüşü haqqında informasiyanı təsdiq edib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə regionda antiterror tədbirlərinin başlaması ərəfəsində İstanbulda ABŞ, Avropa İttifaqı və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı təsdiq edib.

KİV-lərin yaydığı xəbərə görə, bu görüşdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Avropa İttifaqını Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev iştirak ediblər.

M.Zaxarova qeyd edib ki, görüş ABŞ və Avropa İttifaqının Rusiyaya müraciəti əsasında baş tutub. “Görüşün məqsədi danışıqların gedişində müəyyən edilib. Tərəflər vəziyyətə dair fikir mübadiləsi aparıb” deyən RF XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, həmin görüş məxfi deyildi və “nöqteyi-nəzərlərin sıradan mübadiləsi idi”.

Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, əgər Qərb mediası bu hadisəni təxribat kimi qələmə verirsə, demək ki, məqsəd də bundan ibarət imiş.