logo

Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub

12:32 04-10-2023 | icon 1155
Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımov dəfn olunub.

YeniAvropa xəbər verir ki, mərhumun cənazəsi İkinci Şəhidlər xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri və ictimaiyyət üzvləri iştirak edib.

Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü ordu sıralarına yazılıb. 1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb.

Xatırladaq ki, ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.