logo

Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur

13:53 02-10-2023 | icon 1407
Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur

Azərbaycan ümumdünya poçt xidmətinin bəzi beynəlxalq sənədlərinə qoşulur.

YeniAvropa xəbər verir ki, “Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında, “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında, “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında, “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokoluna qoşulmaq barədə qanun layihələri Milli Məclisin oktyabrın 2-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədlər beynəlxalq poçt xidmətlərinin keyfiyyətinin artırılmasına və təkmilləşdirilməsinə yönəldiyini, həmçinin bu sahədə mövcud olan uyğunsuzluqların və qeyri-dəqiqliyin aradan qaldırılması məqsədinə xidmət edir.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq təsdiq edilib.