logo

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilib

16:36 29-09-2023 | icon 1708
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilib

Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüş keçirilib.

YeniAvropa xəbər verir ki,  görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, bu, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri arasında 3-cü görüşdür. Bundan əvvəl ilk görüş Yevlaxda, ikincisi isə Xocalıda keçirilib.