logo

Düşənbədə Azərbaycan və Tacikistan baş nazirlərinin görüşü olub

12:52 29-09-2023 | icon 2527
Düşənbədə Azərbaycan və Tacikistan baş nazirlərinin görüşü olub

Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə tərəflər yüksək səviyyəli səfər və görüşlərin Azərbaycan ilə Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd ediblər.

Bu kontekstdə Azərbaycan prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspektivləri nəzərdən keçirilib.