logo

Fransa prezidentinin bəyanatı təhrikçilikdir-Mariya Zaxarova

17:17 27-09-2023 | icon 1260
Fransa prezidentinin bəyanatı təhrikçilikdir-Mariya Zaxarova

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidentinin bəyanatını “təhrikçilik” adlandırıb.

YeniAvropa xəbər verir ki, bu barədə Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Emmanuel Makron Rusiyanın Azərbaycanla ortaq olduğunu və Ermənistanın ərazi bütövlüyünü hədələdiyini bildirib.

“Bu, həm də təhrikçilik deməkdir. Fransa təmsilçilərinin bu təxribatçı ritorikası və fəaliyyəti onların Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində qərəzli mövqe tutduqlarını göstərir. Onlar indiyədək bölgəyə sülhün qaytarılmasını qarşısına məqsəd qoymuş vasitəçi kimi yox, məhz öz şəxsi siyasi maraqlarını güdmək mövqeyindən çıxış ediblər”, - deyə Mariya Zaxarova bildirib.