ABŞ səfirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı verib.
YeniAvropa xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“Azərbaycanın 27 Sentyabr - Anım Günündə Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı veririk. Səfirliyimiz bu gün münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, - paylaşımda qeyd olunub.