Sentyabrın 27-də saat 12:00-da Ağdam-Xankəndi yolunda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
YeniAvropa xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.
Qeyd edək ki, prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncama əsasən, şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.