logo

Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir-Hikmət Hacıyev

10:50 27-09-2023 | icon 2282
Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir-Hikmət Hacıyev

“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “DW” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağı tərk etmək sakinlərin şəxsi və fərdi qərarlarıdır.

Prezidentin köməkçisi əlavə edib ki, antiterror tədbirləri zamanı Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmayıb.