Quba şəhəri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.
YeniAvropa xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov türk dövlətlərindən olan həmkarları ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Maraqlı təkliflərimizdən biri TDT ölkələrinin kənd təsərrüfatı paytaxtının müəyyən edilməsi idi. Rotasiya qaydasında ölkələrimiz arasında dəyişərək hər dəfə yeni şəhərlər bu statusu qazanmaq imkanı əldə edəcək və bu adı iftixar hissi ilə daşıyacaq", - deyə nazir qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, nazirlərin növbəti toplantısı gələn il Qazaxıstanda keçiriləcək.