Azərbaycan tərəfindən Xankəndiyə növbəti dəfə yanacaq göndərilib.
YeniAvropa xəbər verir ki, SOCAR-ın yanacaq daşıyan iki avtomobili Xankəndiyə yola düşüb.
Avtomobillərdən birində 34 ton dizel, digərində isə 30 ton benzin yanacağı aparılıb.
Yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.