logo

Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilir

11:01 26-09-2023 | icon 1211
Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçirilir

Sentyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsinin ictimai dinləməsi keçirilir.

YeniAvropa xəbər verir ki, dinləmə Məcəllənin parlamentdə qəbulunun ölkə iqtisadiyyatının inkişafına, biznes mühitinin əlverişliliyinin artırılmasına göstərə biləcəyi təsir nəzərə alınaraq, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə təşkil edilib.

Dinləmədə Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri, deputatlar, İqtisadiyyat Nazirliyinin əlaqədar vəzifəli şəxsləri, sahibkarlar assosiasiyalarının, ticarət palatalarının, QHT-lərin təmsilçiləri, ekspertlər və mütəxəssislər iştirak edirlər.