logo

Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu öz işinə başlayır 

10:10 26-09-2023 | icon 1435
Bakıda Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu öz işinə başlayır 

Sentyabrın 26-27-də Bakıda “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” beynəlxalq forum öz işinə başlayır.

YeniAvropa xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə baş tutacaq. 

Tədbir iştirakçıları bu gün səhər saatlarında  Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.