logo

Kreml Azərbaycan və Türkiyə liderlərinin görüşünü şərh edib

16:56 25-09-2023 | icon 1246
Kreml Azərbaycan və Türkiyə liderlərinin görüşünü şərh edib

Moskva AzərbaycanpPrezidenti İlham Əliyevin keçirdiyi bütün görüşlərin, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün regionda təhlükəsizliyə və Qarabağda həyatın normallaşmasına kömək edəcəyinə ümid edir.

YeniAvropa xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan və Türkiyə liderlərinin Naxçıvan görüşündən gözləntilər barədə danışan Kremlin nümayəndəsi deyib: “Biz hər dəfə ümid edirik ki, Azərbaycan prezidentinin keçirdiyi görüşlər, o cümlədən Türkiyə prezidenti ilə görüşü regionda təhlükəsizliyə, baş verən hadisələrdən sonra Qarabağda həyatın normallaşmasına kömək edəcək”.

Moskvanın da həm Ankara, həm də Bakı ilə sıx əlaqələrini diqqətə çatdıran D. Peskov əlavə edib: “Onlar suveren ölkələrdir və əməkdaşlığın inkişafına dair öz suveren hüquqlarını həyata keçirir. Biz Bakı ilə Ankara arasında münasibətlərin nə qədər sıx olduğunu bilirik”.

D.Peskovun sözlərinə görə, Rusiya regionda mövcudluq əlaməti olaraq göstərilmədiyi təqdirdə, Qarabağ üzrə üçüncü tərəflərin vasitəçilik səylərini alqışlayır. Kremlin nümayəndəsi bildirib: “Başlıcası, nizamlanma üzrə vəziyyətə kömək etməkdir. Hər hansı tərəfin boş, vasitəçilik potensialı olmayan, ancaq özünün Qafqazda mövcudluğunu qələmə verən səylərinin qarşısını almaq mühümdür. Bu, çətin ki, vəziyyətə kömək edə bilər.