Sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
Dövlət başçıları İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyublar.